Avropa danq qızdırması daşıyan ağcaqanadların hücumuna məruz qalıb

Avropa danq qızdırması daşıyan ağcaqanadların hücumuna məruz qalıb backend

Keçən həftə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Avropada danq qızdırması hallarının sayının sürətlə artması barədə xəbərdarlıq edib.

Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir. Bildirilib ki, bu təhlükəli xəstəlik Asiya pələng ağcaqanadlarının yayılması səbəbindən artır.

Bu ağcaqanad növlərindən artıq 13 Avropa ölkəsində tapılıb. Onların əksəriyyəti yay tətili mövsümündə turistlər arasında olduqca populyardır: Avstriya, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Malta , Portuqaliya, Rumıniya, Sloveniya, Fransa və Xorvatiya.

Danqa yoluxmuş insanların əksəriyyəti dərhal simptomlarla qarşılaşmır. Bu infeksiyaya yoluxmadan dörd-on gün sonra baş verir və iki ilə yeddi gün arası davam edir. Məsələ ilə bağlı artıq Avropaya səyahət edən turistlər üçün turizm şirkətləri tərəfindən xəbərdarlıq da yayılıb.

QAZİLER.AZ

Diaspora