Çin Şimali Koreyada körpünün tikintisi üçün Rusiyadan icazə tələb edə bilər

Çin Şimali Koreyada körpünün tikintisi üçün  Rusiyadan icazə tələb edə bilər backend

“KXDR-də Tumannaya çayı üzərindən Rusiya-Koreya avtomobil körpüsünün tikintisi üçün Çindən icazənin alınması tələb oluna bilər”.

Qaziler.az “RİA-Novosti”yə istinadla bildirir ki, bunu rusiyalı politoloq  Marina Kukla bildirib. Onun verdiyi məlumata görə, müvafiq layihə 10 ilə yaxındır ki, dövlətlər tərəfindən müzakirə edilir.

“Əvvəlcə Çin bunu çox bəyənmədi, çünki ÇXR Tumannaya çayı boyunca naviqasiyanı fəal şəkildə təşviq edir və hətta mövcud dəmir yolu “Dostluq Körpüsü” onlara mane olur. Ona görə də məsələni daha da dərinləşdirməyə ehtiyac yarana bilər”, - deyə ekspert izah edib.

Qeyd edək ki, iyunun 20-də Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri i Kim Çen In Pxenyanda Tumannaya çayı üzərindən sərhəd avtomobil körpüsünün tikintisinə dair hökumətlərarası saziş imzalayıb. Tikintinin ümumi uzunluğu təxminən 850 metr olacaq.

QAZİLER.AZ

Diaspora