ABŞ hərbi qüvvələri İŞİD-ə qarşı quru əməliyyatı həyata keçirəcək. Amerikalı hərbçilər əməliyyatı İraqın ikinci böyük şəhəri olan Mosulda keçirməyi planlaşdırır.
Keçiriləcək əməliyyat şəhəri terroçuların əlindən almağa hesablanıb.Verilən məlumata görə, əməliyyatda 12 hərbi briqada iştirak edəcək. Onlardan beşi hücum əməliyyatlarını həyata keçirəcək. Üç briqada isə gözləmə mövqeyində saxlanılacaq.
Peşmergələrdən ibarət 3 həbri briqada isə İŞİD qüvvələrini nəzarət atında saxlayacaq.
Əməliyyat keçirəcək qüvvələr xüsusi hərbi təlimlərə başlayıblar.