“Süni intellektin bəşəriyyəti məhv etmə şansı 10%-dən 20%-ə qədərdir".
Qaziler.az “Daily Mail”ə istinadla bildirir ki, bu fikirləri amerikalı milyarder İlon Mask “Cannes Lions” Beynəlxalq Festivalında deyib.
O xatırladıb ki, süni intellektin xaç atası Ceff Hinton öz dövründə bununla bağlı müvafiq qiymətini verib.
Eyni zamanda Mask hesab edir ki, söhbət fiziki yox, zehni məhvdən gedir. Sahibkarın fikrincə, Yer kürəsinin sakinləri süni intellektin inkişafı və insan əməyinə ehtiyacın azalması səbəbindən emosional böhranla üzləşə bilər.
"Əgər süni intellekt sizin edə biləcəyiniz hər şeyi edə bilirsə, həm də daha yaxşısını edirsə, nəsə etməyin nə mənası var? Düşünürəm ki, ekzistensial böhran olacaq”, - Mask deyib.
QAZİLER.AZ