Rusiya İŞİD-ə cəhənnəmi belə yaşatdı

Rusiya İŞİD-ə cəhənnəmi belə yaşatdı backend

Rusiya təyyarələrinin İŞİD terrorçularını bombardıman etməsinin yeni görüntüləri yayılıb. Rusiya İŞİD silahlılarınına yeraltı istehkamlarda da gizlənməyə imkan vermir. ANS PRESS-in məlumatına görə, Rusiya bu hücumlarında “cəhənnəm silahı” adlandırılan TOS-1A “Solntsepyok” reaktiv raket qurğularından istifadə edir.

“Solntsepyok”lar şimali-şərqi Latakiyanın dağlarında terrorçuların mövqelərini bombardman edir. Termobarik mərmilər ərazini bürüyərək, hər şeyi kül edir. Partlayış zamanı hətta hava belə od tutub yanır, mərmilər oksigeni yandırır.

“Solntsepyok”un tətbiqi ilə əlbirlərinin mövqelərinin yox edildiyi kadrlar bütün bunları kənardan müşahidə edən silahlıların əlinə düşüb. Belə sistemlərin meydana gəlməsi döyüş meydanında Suriya ordusuna üstünlük gətirəcək və bu mövqe döyüşlərindən qaçınmağa imkan verəcək.

“Solntsepyok” raket sistemləri Rusiya ordusu ilə yanaşı Azərbaycan , İraq və Qazaxıstan silahlı qüvvələrində də var.

Azərbaycan 2011-ci ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında Rusiyadan 18 belə odsaçan sistem alıb və Müdafiə Nazirliyi bu silahları artıq hərbi təlimlərdə sınaqdan keçirib.

Xatırladaq ki, Rusiya isə Suriya ərazisini 30 sentyabrdan bombalamağa başlayıb. Ölkənin Müdafiə Nazirliyinin yaydığı bəyanatlarda İŞİD-in mövqelərinin zəyiflərdiyini və hökümət qüvvələrinin terrorçuların nəzarətində olan bir çox əraziləri azəd etdiyi bildirilir. Rusiya terrorçuları zəiflətmək üçün Xəzər dənizinin İran sektorundan da istifadə edib.

Oktyabrın 7-də ölkənin müdafiə naziri Sergey Şoyqu ilə Vladimir Putin arasında keçirlən görüşdə bu açıq şəkildə dünya birliyinə məlumat verilib: "Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də şər qüvvələrə qarşı mübarizənin məqsədəuyğun olduğunu qeyd edib. A.Paşazadə təmsil etdiyi qurumun Suriyada İŞİD terror qruplaşmasına qarşı Rusiyanın hərbi əməliyyatlarını dəstəklədiyini və əməliyyatların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid etdiyini bildirib.

“İŞİD adlı şər öz əməlləri ilə dünya dinlərinin adını ləkələyir. Onlar terror vasitəsi ilə vandalizim, zorakılıq törətməyə çalışırlar. Ekstremizmə qarşı birgə səy göstərilməlidir”.


Rusiya ilə bərabər ABŞ -ın başçılıq etdiyi koalisiyada İŞİD terrorçularına qarşı mübarizə aparır. Amma ABŞ-ın apardığı əməliyyatlarla bağlı demək olar ki, mətbuatda heç bir məlumat getmir. Yalnız aviazərbələrin endirildiyi ilə bağlı məlumatlar yazılır. Nə qədər terrorçunun məhv edilməsi və hansı obyektərin dağıdıldığı barədə isə bütün suallar açıq qalır.

Rusiya isə İŞİD-lə mübarizəyə başladığı gündən demək olar ki, hər gün keçirilən əməliyyatlarla bağlı məlumatlar verir. Həmçinin əməliyyatlarla bağlı real videolar yayır.
Diaspora