İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın cənubunda yolda “taktiki fasilə” elan edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, İDF humanitar yardımın mühasirəyə alınmış anklavlara çatması üçün Qəzzanın cənubundakı yol boyunca döyüşləri müəyyən saatlarda dayandıracaq.
IDF fasilənin yerli vaxtla səhər saat 8-də (05:00 GMT) başlayacağını və axşam saat 16:00-a qədər davam edəcəyini və növbəti xəbərdarlığa qədər hər gün təkrarlanacağını söyləyib.
Bu açıqlama şənbə günü səkkiz İsrail əsgərinin Rəfah şəhərində pusquya düşməsindən sonra verilib.