Hakerlər Britaniya telekommunikasiya şirkətinə hücum etdi

Hakerlər Britaniya telekommunikasiya şirkətinə hücum etdi backend

Hakerlər il ərzində üçüncü dəfə Böyük Britaniyanın “TalkTalk” telekommunikasiya şirkətinə hücum ediblər. İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, kibercinayətkarlar tərəfindən istifadəçilərin bank kartları məlumatlarının oğurlandığı güman edilir.

Hakerlərin həmçinin şirkətin məlumat bazasından abunəçilərin adlarını, onların ev ünvanlarını, telefon nömrələrini, elektron poçt ünvanlarını, "TalkTalk” şirkətindəki hesablarını oğurladığı ehtimal olunur.

İstifadəçilərinin sayı 4 milyon təşkil edən “TalkTalk” internet xidmətləri göstərir, stasionar və mobil rabitəni təmin edir, eləcə də informasiya texnologiyaları sahəsində texniki dəstək təklif edir.

Şirkətə əvvəllər edilən kiberhücumlar 2015-ci ilin fevral və avqustunda həyata keçirilib.
Diaspora