"Allahla bağlı zarafat etmək normaldı. Zarafat təhqiredici deyilsə, küfr deyil".
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu fikirləri Roma Papası Fransisk cümə günü dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın komediyaçı, aktyor və yazıçının iştirak etdiyi xüsusi auditoriyada deyib.
"Biz də Allaha gülə bilərikmi? Təbii ki, bu, küfr deyil, sevdiyimiz insanlarla oynayıb zarafatlaşdığımız kimi edə bilərik. Yumor insanları nöqsanlarına görə təhqir etmir və alçaltmır", - Fransisk bildirib.
Pontifik bu açıqlamanı tənqidlərə məruz qaldıqdan və son zamanlar geylərə qarşı təhqiramiz sözlər işlətdiyinə görə üzr istəməsindən sonra edib.
"İndi dediklərim bidət deyil: bir tamaşaçının dodaqlarında şüurlu təbəssüm yaratmağı bacarsanız, Allahı da güldürmüş olursunuz", - Roma Papası deyib.
QAZİLER.AZ