Moskva Rumıniyanın Rusiyanın AŞPA-dakı (Avropa Şurası Parlament Assambleyası) nümayəndə heyətinə viza verməkdən imtina etməsini xatırlayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə senator Qriqori Karasin teleqram kanalında məlumat verib.
Karasin vurğulayıb ki, Rusiya AŞPA-nın həmtəsisçiləri arasında olmasına baxmayaraq, ona viza verilməyib.
“Bravo, rumıniyalı yoldaşlar! Siz Avropada əməkdaşlıq üçün bir vaxtlar faydalı olan bu təşkilatın məhv edilməsinə töhfə verirsiniz. Biz, əlbəttə ki, bunu xatırlayacağıq!” – Karasin deyib.
QAZİLER.AZ