Keyt Middlton ilk dəfə xərçəng xəstəliyindən danışıb

Keyt Middlton ilk dəfə xərçəng xəstəliyindən danışıb backend

Keyt Middlton ona qoyulan diaqnozdan sonra ilk dəfə xərçənglə mübarizə həyatından danışıb və Vindzor qalasında yeni fotosunu yayımlayıb.

Qaziler.az bu barədə “The New York Times”a istinadla yazır.

Keyt Middlton iyunun 15-də baş tutacaq Kral III Çarlzın doğum gününə həsr olunmuş paradda iştirak etmək imkanı əldə etdiyinə görə şad olduğunu və yenidən ictimaiyyət qarşısına çıxmağa başlamaq niyyətində olduğunu bildirib.

“Mən yaxşı irəliləyiş əldə edirəm, amma kimyaterapiyadan keçən hər kəs bilir ki, yaxşı və pis günlər var. Pis günlərdə özünüzü zəif, yorğun hiss edirsiniz və bədəninizə istirahət vermək lazımdır, amma yaxşı günlərdə özünüzü daha güclü hiss etdiyiniz zaman bundan maksimum yararlanmaq istəyirsiniz”, - şahzadə bildirib.

Middlton gücü olanda uşaqlarının məktəb həyatına vaxt ayırdığını və bir az işlədiyini deyib.

“Mən səbirli olmağı öyrənirəm, xüsusən də qeyri-müəyyənlik şəraitində, hər günü olduğu kimi qəbul etməyi, bədənimə qulaq asmağı və sağalmaq üçün özümə lazım olan vaxtı ayırmağa icazə verirəm”, - deyib.

QAZİLER.AZ

Diaspora