Ukrayna sülh sammitində iştirak edəcək ölkələrin sayı açıqlandı

Ukrayna sülh sammitində iştirak edəcək ölkələrin sayı açıqlandı backend

Ukrayna ilə bağlı keçiriləcək Sülh sammitində 57 dövlət başçısı daxil olmaqla 100 nümayəndə heyəti iştirak edəcək.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, konfransı Konfederasiyanın prezidenti Viola Amerd açacaq.

“Konfransda dünyanın bütün regionlarından 57 dövlət və hökumət başçısı da daxil olmaqla 100 nümayəndə heyəti iştirak edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna ilə bağlı sülh konfransı 15-16 iyun tarixlərində İsveçrədə Bürgenstok kurortunda keçiriləcək.

QAZİLER.AZ

Diaspora