Peskov: "Zelenski Putinin təklifini səhv başa düşüb"

Peskov: "Zelenski Putinin təklifini səhv başa düşüb" backend

“Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Ukraynadakı münaqişənin həlli üçün sülh təşəbbüsü irəli sürüb və ultimatum qoymayıb”.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində bildirib. Kremlin sözçüsü bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya liderinin təklifini səhv başa düşüb.

“Bu, (Putinin ultimatum irəli sürdüyü iddiası) açıq-aydın anlaşılmazlıqdır, bu, məhz sülh təşəbbüsüdür”, - deyə Peskov bildirib.

Peskov izah edib ki, Putinin təşəbbüsü “hərtərəfli, çox dərin və konstruktiv” təklifdir.

QAZİLER.AZ

Diaspora