“Hazırda NATO-ya üzv ölkələrin Şimali Atlantika Alyansını yaxın gələcəkdə genişləndirmək istəyi yoxdur”.
Qaziler.az “RİA Novosti” yə istinadla xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
O qeyd edib ki, NATO-nun genişlənməsinin yaxın aylarda baş verə biləcəyinə dair heç bir əlamət görmür. Lakin onun sözlərinə görə, NATO-nun tətbiq etdiyi “açıq qapı” siyasəti hələ də qüvvədədir.
"Yaxın gələcəkdə genişlənəcəyimizə dair heç bir istək və ya işarə görmürəm", - Ostin deyib.
QAZİLER.AZ