“Rusiyanın bütün xalqları üçün “ana” sözü müqəddəsdir”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Qəhrəmanların vaxtı” proqramının iştirakçıları ilə görüşündə deyib.
Putinin sözlərinə görə, bu, təsadüfi deyil, çünki uşaq böyütməkdə əsas yük qadının üzərinə düşür.
“Həqiqətən də uşaq böyütmək və tərbiyələndirməyin əsas yükü qadının üzərinə düşür. Elə deyilmi? Biz də bu yoldan keçmişik. Hər şey tez unudulur, amma bizim üçün "ana" sözü və "ana" anlayışı yox. Ən azı bu, Rusiyanın bütün xalqları arasında müqəddəs bir sözdür", - Putin deyib.
QAZİLER.AZ