Stoltenberq Ukraynaya "Patriot" verəcək ölkələri gizlətdi

Stoltenberq Ukraynaya "Patriot" verəcək ölkələri gizlətdi backend

NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin Ukraynaya Patriot və SAMP/T hava hücumundan müdafiə sistemlərinin tədarükündə iştirak edəcəklərini bildirib, lakin hansı ölkələrin olacağını deməkdən imtina edib.

Qaziler.az TASS-a istinadla bildirir ki, mətbuat konfransı zamanı o, həmçinin alyansın bu məsələ ilə bağlı bir sıra dövlətlərlə sıx təmasda olduğunu vurğulayıb. Məsələn, Hollandiya Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün koalisiya yaradır.

“Patriot batareyası bir çox elementdən ibarətdir: komanda maşınları, zərbə sistemləri, radarlar və birlikdə batareyanı təşkil edən digər elementlər. Buna görə də, Hollandiya indi bir araya gəldikdə Patriot batareyasını təşkil edəcək fərdi elementləri təmin edə biləcək ölkələr tapmağa çalışır”, - NATO-nun baş katibi deyib.

QAZİLER.AZ

Diaspora