Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova teleqram kanalında ukraynalı həmkarı Dmitri Lubinetsə Rusiya-Ukrayna mübadilə proseslərinin intensivləşdirilməsinə yardım etmək xahişi ilə müraciət dərc edib.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
O, mesajında Kiyevin razılaşacağı təqdirdə vətənə qayıtmağa hazır olan 430 ukraynalı hərbi əsirin siyahısını əlavə edib.
“Mən Ukrayna tərəfi Rusiya hərbi əsirlərinin müqabilində onları almağa razılıq verərsə, yaxın vaxtlarda vətənə qayıtmağa hazır olan Ukrayna hərbçilərinin siyahısını dərc edirəm”, - Ombudsmanın bəyanatında deyilir.
Bundan əvvəl Rusiyanın 32 əsgərinin cəsədini Ukraynadan geri qaytardığı məlum olub. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Şəmsail Saraliyevin sözlərinə görə, 254 cəsəd də Ukrayna tərəfinə verilib.
QAZİLER.AZ