Əsəd ordusu hücumları genişləndirdi

Əsəd ordusu hücumları genişləndirdi backend

Suriya ordusu rus təyyarələrinin dəstəyi ilə hücumlarını davam etdirir. APA TV-nin "Rossiya 24" telekanalına istinadən xəbərinə görə, Əsəd qüvvələri bir neçə yaşayış məntəqəsini terrorçulardan və müxaliflərdən geri alıblar.

Yaxın günlərdə ordunun Hələb şəhərindəki Kvayres aviabazasına hücuma hazırlaşdığı açıqlanıb. Suriya ordusunun briqada generalı Əli Məyhub keçirilən əməliyyatların nəticələrindən danışıb.

"Qüvvələrimiz cənub regionunda Dəməşgin Cobar və Şərqi Quta yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlərdə uğurlar qazanıblar. Hər iki qəsəbən üsyançılar çıxarılıb. Həmçinin Şərqi və Şimali Deraa qəsəbəsində də onların mövqeləri məhv edilib", - deyə general qeyd edib.

Cəbhənin mərkəzi istiqamətində də hücumların davam etdiyi vurğulanır: "Burada İŞİD-ə qarşı döyüşlər aparılır. Homs hazırda iki hissəyə bölünüb. Bizim qüvvələr əyalətin cənubuna nəzarəti ələ keçiriblər. Altı yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Həma şəhəri uğrunda hərəkətə keçmişik. Terrorçuların 23 avtomobili və 45 döyüşçüsü məhv edilib".

Briqada komandanı Şimal istiqamətində - Latakiyə əyalətində bütün strateji yüksəkliklərin artıq geri alındığını bildirib.

"Salma şəhəri uğrunda döyüşlərdə 300 terrorçu məhv edilib. Hələb istiqamətində, İdlib şəhərinə doğru hücumlar davam edir. Burada 8 yaşayış məntəqəsi və üç şəhər İŞİD və üsyançılardan təmizlənib. Hələbin mərkəzində Hatıb meydanında yerləşən qarşı tərəfin silah anbarı bombalanaraq dağıdılıb. Onlar çoxlu itki veriblər və kütləvi şəkildə Türkiyə sərhədinə doğru qaçırlar", - deyə general açıqlama verib.


Diaspora