Çin lideri Si Cinpin ölkəsinin Ukraynaya qarşı müharibəsi üçün Rusiyaya silah verməyəcəyinə söz verib.
Bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Co Baydenlə keçirdiyi mətbuat konfransında verdiyi açıqlamaya istinadən məlumat verib.
“Çin lideri ilə telefon danışığım oldu, o mənə dedi ki, Rusiyaya silah verməyəcək", - Zelenski deyib.
Öz növbəsində Bayden təsdiqləyib ki, Çin Rusiyaya öz silahlarını vermir. Amma ölkə ruslara texnologiya verə bilər və bu da köməkdir.
QAZİLER.AZ