Litva hələ də Ukraynanın ölkəyə hərbi təlimçilər göndərmək xahişini ciddi şəkildə nəzərdən keçirir.
Apa xəbər verir ki, bu barədə Finlandiyada səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsberqis STT-yə bildirib.
Onun sözlərinə görə, hazırda layihənin gedişi ilə bağlı texniki səviyyədə danışıqlar aparılır.
Landsberqis vurğulayıb ki, bu, hərbi təlimçilərin bir növ Ukraynaya geri qayıtması olacaq, çünki onlar Rusiyanın irimiqyaslı hücumundan əvvəl artıq Ukraynada idilər. Onun fikrincə, Qərb həyata keçirmək niyyətində olmadığı hərəkətləri sadalamaqdansa, Ukraynanı dəstəkləməkdən söhbət gedəndə bütün variantları masada saxlamalıdır.