Rusiya Kanadanın Rusiya əleyhinə yeni məhdudiyyətlər tətbiq etməsinə lazımi cavab verəcək.
Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov deyib.
Məntiqi olmayan sanksiya adlanan növbəti raund heç bir əhəmiyyət daşımır. Baş nazir Castin Trüdonun kabinetinin tətbiq etdiyi anti-Rusiya məhdudiyyətləri, mahiyyətcə, kağız üzərində qalır və az adam bunun fərqinə varır, çünki onlar heç bir şəkildə bizim fiziki və hüquqi şəxslərin maraqlarına təsir edə bilməz”, - Stepanov TASS-a bildirib.
Diplomat deyib ki, Kanadanın sanksiya siyahılarını genişləndirməsi absurddur və yalnız gülüş doğurur, lakin Moskva yenə də Ottavanın tətbiq etdiyi yeni məhdudiyyətlərə qarşılıqlı cavab verəcək.
QAZİLER.AZ