Papa Fransisk katolik keşişlərinə müraciət edərək onlardan daha qısa moizələr oxumağı xahiş edib, çünki uzun dualar zamanı insanların yuxuya gediyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə “Catholic News Agency” məlumat yayıb.
Pontifikin sözlərinə görə, xütbə Allahın sözünü kitabdan həyata daşımağa kömək etməlidir, lakin bunun üçün moizə qısa olmalı və səkkiz dəqiqədən çox davam etməməlidir
“Bu müddətdən sonra insanlar diqqətini itirir və yuxuya gedirlər. İnsanlar isə öz yollarında haqlıdırlar. Kahinlər çox vaxt uzun- uzun danışırlar və bəzən nədən danışdıqları anlaşılmaz olur”, - deyə “Reuters” Fransiskdən sitat gətirib.
QAZİLER.AZ