Ukrayna büdcədəki boşluğu doldurmaq üçün təxminən iyirmiyə yaxın dövlət müəssisəsini 5 milyard dollara satmağı planlaşdırır.
Qaziler.az bildirir ki, bundan Britaniyanın “Times” nəşri xəbər tutub.
Məqalədə deyilir ki, Ukrayna 2024-cü ilin yayından müdafiə büdcəsinin 3,9 milyard funt sterlinq (4,98 milyard dollar) kəsirini aradan qaldırmaq və iqtisadi investisiya cəlb etmək üçün ən azı 19 dövlət şirkətini satacaq.
“Times”in məlumatına görə, Avropanın ən böyük titan və sirkonium mədən şirkəti “United Mining and Chemical Company”, Kiyevin mərkəzində yerləşən “Ukraine” oteli və “Ocean Plaza” ticarət mərkəzi satılacaq.
QAZİLER.AZ