Rusiyanın Sverlovsk vilayətinin Polevskaya şəhərindən olan orta məktəb şagirdi həkimlər ona kəskin respirator-virus infeksiyası diaqnozu qoyduqdan bir gün sonra dünyasını dəyişib.
Qaziler.az bu barədə “E1.ru”ya istinadla xəbər verir.
Yeniyetmənin valideynləri hər şeyi onu dərhal xəstəxanaya yerləşdirməyən təcili yardım briqadasının üzərinə yıxır və onların məsuliyyətə cəlb olunmasını tələb edirlər.
18 yaşlı İvanın valideynləri Oksana və Pavelin sözlərinə görə, onların oğlu aprelin 4-də axşam saatlarında xəstələnib. Temperatur 39,2 dərəcəyə qalxıb, qızdırma və qusma başlayıb. Təcili yardım maşını gələnədək onlar dispetçerin tövsiyəsi ilə ağrıkəsici və qızdırmasalıcı dərmanlar verdiblər, amma kömək etməyib. Təcili yardım briqadası gəldikdən sonra yeniyetməyə kəskin respirator-virus infeksiyası diaqnozu qoyulub və temperaturu aşağı salmağı tövsiyə ediblər. Səhər saatlarında klinikadan gələn həkim isə oğlanın kəskin appendisit olduğunu söyləyib və xəstəxanaya getməyi məsləhət görüb. Onun təyinatını gözləyərkən xəstənin vəziyyəti pisləşib.
Həkimlər təzyiqi normallaşdırıb, böyrək və qaraciyərin fəaliyyətində kiçik problemlər müşahidə ediblər. “Məni əmin etdilər ki, kritik deyil və müalicə lazımdır. Bir saat sonra uşaq öldü”, - yeniyetmənin atası deyib.
Həkimlərin gəldiyi nəticəyə əsasən, 18 yaşlı yeniyetmənin ölüm səbəbi mənbəyi məlum olmayan sepsis olub və gedişat ildırım sürəti ilə baş verib.
QAZİLER.AZ