Kremldən çağırış: Hərbi təlimlərimizdən narahat olmayın!

Kremldən çağırış: Hərbi təlimlərimizdən narahat olmayın! backend

Rusiyanın dünyanın müxtəlif regionlarında hərbi təlimləri Rusiya kimi dəniz dövləti üçün normal təcrübədir.

Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun verdiyi məlumata görə, digər ölkələrin bundan narahat olmasına ehtiyac yoxdur.

“Hərbi təlimlər dünyanın müxtəlif regionlarında normal təcrübədir. Bu həm də dövlətlər, xüsusən də Rusiya Federasiyası kimi böyük dəniz dövləti üçün normal təcrübədir. Ona görə də biz bu işdə narahatlığa əsas görmürük”, - Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ-ın yüksək rütbəli rəsmisi daha əvvəl bildirmişdi ki, Rusiya gəmiləri və təyyarələri hərbi təlimlərdə iştirak etmək üçün Karib hövzəsinə yerləşdiriləcək. Amerika rəsmisi hesab edib ki, Vaşinqton bunu təhlükə kimi görmür.

QAZİLER.AZ

Diaspora