Peskov Şimali Koreyanı Rusiyanın dostu adlandırdı

Peskov Şimali Koreyanı Rusiyanın dostu adlandırdı backend

"Moskva Pxenyanla əməkdaşlığı inkişaf etdirməyə davam edəcək və bu qərarın tənqid üçün əsası yoxdur".

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin Şimali Koreyanı Rusiyanın qonşusu və dostu adlandırıb.

“Şimali Koreya bizim qonşumuz və dostumuzdur. Biz dostluq əlaqələri saxlayırıq və onları inkişaf etdirməyə davam edirik. Bizim ikitərəfli əlaqələrimizi gücləndirmək üçün potensialımız var”, - Peskov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiyanın qonşuları ilə yaxşı münasibətlər qurmaq hüququ başqalarının narahatlığına səbəb olmamalıdır. Həmçinin, belə bir qərar müzakirə mövzusu deyil, deyə Peskov əlavə edib.

QAZİLER.AZ

Diaspora