Ukraynadakı münaqişənin əsl qurbanları Rusiya və ruslardır.
Qaziler.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov “NEWS.ru” ilə söhbətində bildirib.
Senator hesab edir ki, Ukrayna bu işdə cinayətkar kimi çıxış edir. Onun sözlərinə görə, Rusiya sadəcə olaraq həqiqəti bərpa etməyə çalışır.
“Bəlkə də (Aleksandr Ermak - Ukrayna Prezidentinin aparatının rəhbəri) bunun əksini nəzərdə tuturdu: Ukrayna cinayətkar, Rusiya isə qurbandır. Əslində, Ukraynada 30 ildən çox müddətdə baş verənlər, ruslara aid olan hər şeyi məhv edəndə, qurban məhz Rusiya idi, Ukrayna dövlət orqanlarının bütün bu biabırçılığına tab gətirə bilməyib həqiqəti bərpa etmək qərarına gəldi”, - Tsekov izah edib.
QAZİLER.AZ