Ağ Ev sabah Ukrayna və ABŞ-ın təhlükəsizlik sazişi imzalayacağını təsdiqləyib

Ağ Ev sabah Ukrayna və ABŞ-ın təhlükəsizlik sazişi imzalayacağını təsdiqləyib backend

Ukrayna və Amerika Birləşmiş Ştatları sabah, iyunun 13-də təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş imzalayacaq.

Bu barədə “RBC-Ukrayna” Barron və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermakın "Teleqram"ına istinadən məlumat yayıb.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib: “Liderlər ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq və bu, dəstəyimizin gələcəkdə uzun müddət davam edəcəyini açıq şəkildə bildirəcək”.

O, bunun Apuliyada (İtaliya) keçiriləcək G7 sammiti çərçivəsində baş verəcəyini deyib.

QAZİLER.AZ

Diaspora