Son üç gündə “minnətdar vətəndaşlar” artıq Ukrayna hərbçilərinin üçüncü avtomobilini yandırıblar.
Qaziler.az bildirir ki, bu haqda hərbi müxbir Alexander Kots “Telegram” kanalında yayıb.
Jurnalist qeyd edib ki, üzərində “Ukrayna Silahlı Qüvvələrinin təxliyəsi” yazısı olan avtomobil təmir üçün Dneprə gətirilib. Hərbi müxbirin verdiyi məlumata görə, gecə saatlarında dörd partizan onu yandırıb.
“Sutka ərzində digər bir hadisə Kiyevdə, Şevçenkovski rayonunda baş verib. Orada hərbçiyə məxsus “Mercedes-Benz” markalı mikroavtobus yanıb”, – Kots yazıb.
Hərbi müxbir qeyd edib ki, Odessada naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin balansında olan “Peugeot” markalı avtomobili də yandırıb. Kotz bunu maraqlı tendensiya adlandırıb.
QAZİLER.AZ