Argentina prezidenti Xavyer Mayli Ukraynaya işləməyən Fransa istehsalı “Super Etendard” təyyarələrinin göndərilməsini təklif edib.
Qaziler.az bu barədə “Infobae” portalına istinadla xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, Buenos Ayres onları 2018-ci ildə alıb, lakin onları hərbi sahədə istifadəyə verə bilməyib. Buna səbəb isə lazımi hissələrinin olmamasıdır.
Argentina da öz növbəsində Britaniya embarqosu səbəbindən lazımi ehtiyat hissələrini ala bilməyib. İndi Miley təyyarələri Fransaya təhvil verməyi, orada təmir olunaraq Ukraynaya göndərilməsini təklif edir. Bunun müqabilində isə Argentina üçün yeni hərbi texnika istəyir.
Materialda qeyd olunur ki, Argentinanın xarici işlər naziri Diana Mondino artıq fransalı həmkarı Stefan Sejournet ilə müvafiq məsələni müzakirə edib. O, milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə də görüşüb.
QAZİLER.AZ