“Vətənpərvərlik və rus xarakteri böyük bir ölkənin əsas hissəsidir”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikiri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Rusiya Günündə Birinci Kanalda o vurğulayıb ki, vətənpərvərlik həm də insanın öz işinə sevgisi və bağlılığıdır.
“İnanıram ki, vətənpərvərlik başqa şeylərlə yanaşı, səmimi, ürəkdən, öz funksional vəzifələrini yerinə yetirmək, işinə, peşəsinə sədaqət deməkdir. Mən əlavə edərdim ki, siz bunu təkcə özünüz üçün deyil, həm də bu böyük ölkə və onun xalqı üçün edirsiniz”, - Zaxarova bildirib.
Zaxarovanın fikrincə, rus xarakteri azadlıq və ruhun genişliyi ilə xarakterizə olunur.
QAZİLER.AZ