Roskomnadzor ölkədə xarici zənglərin defolt olaraq bloklanması imkanlarını öyrənir.
Qaziler.az bu barədə “İzvestiya”ya istinadla xəbər verir.
Nəzarət orqanı aydınlaşdırıb ki, bu cür işlər Ukrayna da daxil olmaqla, saxta zənglərin dəfələrlə artması fonunda həyata keçirilir.
“Roskomnadzor rabitə operatorları ilə öz müştəriləri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından operatorların öhdəliklərinin tənzimləyici və hüquqi aspektləri üzərində işləyir”, - departamentin mətbuat xidməti vurğulayıb.
İdarədən verilən məlumata görə, hazırda fırıldaqçılardan daxil olan zənglərin artması qeydə alınır. Bu tədbirdən istifadə edərkən abonent xaricdən gələn zəngləri qəbul edib-etməməyi özü seçə biləcək.
QAZİLER.AZ