BMT İsraili Qəzzada hərbi cinayətlərdə İTTİHAM EDİB

BMT İsraili Qəzzada hərbi cinayətlərdə İTTİHAM EDİB backend

BMT-nin müstəqil beynəlxalq təhqiqat komissiyası Qəzzada “insanlığa qarşı bir sıra cinayətlərə” görə İsrail hakimiyyətini məsul hesab edib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Təşkilat müəyyən edib ki, Fələstin silahlı qrupları da İsrail ərazisində törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır.

“İsrail hakimiyyəti 7 oktyabr 2023-cü ildən Qəzzada hərbi əməliyyatlar və hücumlar zamanı törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır. Komissiya həmçinin müəyyən edib ki, Fələstin silahlı qrupları da İsraildə törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar”, - agentlik sənədin mətninə istinadla qeyd edib.

BMT komissiyası qərara alıb ki, İsrail hakimiyyəti müharibə üsulu kimi aclıq, qəsdən öldürmə və ya öldürmə, mülki şəxslərə və mülki obyektlərə qəsdən hücumlar, məcburi köçkünlük, cinsi zorakılıq, işgəncə və qeyri-insani və ya qəddar rəftar və özbaşına həbslər kimi cinayətlərə görə məsuliyyət daşıyır. Təşkilat həmçinin hesab edir ki, Qəzzada çoxlu sayda mülki insan itkisi, mülki obyektlərin və infrastrukturun dağıdılması İsrail tərəfinin maksimum ziyan vurmaq niyyəti ilə götürdüyü strategiyanın qaçılmaz nəticəsidir.

QAZİLER.AZ

Diaspora