İsrail Müdafiə Qüvvələri Livan Hizbullah hərəkatının ən böyük komandirini məhv edib.
Qaziler.az bildirir ki, bu barədə “France-Press” öz mənbəsinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, komandir SAXAL-ın Cuaya şəhərinə endirdiyi zərbə nəticəsində ölüb. Bildirilib ki, atışma zamanı daha 3 nəfər həlak olub.
“Komandirin öldürülməsi Hizbullahın müharibə başlayandan bu günə qədər verdiyi ən mühüm itkidir”, - məlumatda deyilib.
QAZİLER.AZ