Konqo Demokratik Respublikasında qayığın batması nəticəsində 86 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasında qayığın batması nəticəsində 86 nəfər itkin düşüb backend

Konqo Demokratik Respublikasının May-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Mai-Ndombedəki Kva çayı üzərindəki Muşie şəhərindən Lebida qəsəbəsinə doğru hərəkət edən qayıq mühərriki nasaz olduğu üçün sahilə çırpılaraq batıb.

Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür dəniz qəzalarına “gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşıması” səbəb olduğu bildirilir.

Qeyd edək ki, Konqoda kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.

QAZİLER.AZ

Diaspora