Şimal Hərbi Dairəsində iştirak etmək üçün Rusiya Silahlı Qüvvələrinə qoşulduğu iddia edilən ən azı 22 Şri-Lanka vətəndaşı qoşunları tərk edərək vətənlərinə qaçıb,
Qaziler.az bildirir ki, bu barədə Yahoo portalı ada dövlətinin Müdafiə Nazirliyinin nümayəndəsi Allen Hitə istinadən xəbər verir
Verilən məlumata görə, qaçanlardan biri 37 yaşlı sürücü Anil Madusankadır. Həmin şəxsin dediyinə görə, onu Rusiyada işləmək adı ilə aldadıb orduya göndəriblər.
Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Sürücü deyib ki, cəbhəyə göndərilib və orada yaralanıb. Şri-Lanka vətəndaşı Moskvadakı səfirliklə əlaqə saxlayıb və oradan vətənə qaytarılıb.
Portalın materialında deyilir ki, ada dövlətinin sakinləri “WhatsApp”dan istifadə edərək Rusiya ordusunda xidmətə cəlb olunurlar.
Vətəndaşlara 2,1 min dollar maaş vəd edilir ki, bu da Şri-Lankada orta gəlirdən 13 dəfə çoxdur.
QAZİLER.AZ