Almaniya və müttəfiqləri Ukraynaya "Patriot" sistemləri üçün 100 raket verir - Pistorius

Almaniya və müttəfiqləri Ukraynaya "Patriot" sistemləri üçün 100 raket verir -  Pistorius backend

Almaniya müttəfiqləri ilə birlikdə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün 100 raket verir. 

Bu barədə RBC-Ukrayna Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Alman rəsmisi xatırladıb ki, bu yaxınlarda Odessaya səfər edib və Rusiyanın bu şəhərə endirdiyi zərbələrin nəticələrini görüb.

Boris Pistorius həmçinin yeni hərbi yardım paketini açıqlayıb.

Onun sözlərinə görə, Almaniya "Patriot" üçün raketlər Danimarka, Niderland və Norveçin iştirak etdiyi təşəbbüs çərçivəsində bağışlayır.

QAZİLER.AZ

 

Diaspora