Zelenski ukraynalıları vətənlərinə geri qayıtmağa çağırdı - VİDEO

Zelenski ukraynalıları vətənlərinə geri qayıtmağa çağırdı - VİDEO backend

Ukrayna prezidenti Volodimir Zelenski ukraynalıları hərbi əməliyyatların bitməsini gözləmədən ölkəni indi bərpa etmək üçün öz vətənlərinə qayıtmağa çağırıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, o, bu barədə Berlində Ukraynanın bərpası ilə bağlı keçirilən sammitdə Almaniya kansleri Olaf Şoltsla birgə keçirilən mətbuat konfransında deyib.

“Müharibə bitdikdən sonra hamı Ukraynanı bərpa etməyə gələcək, yerlər olacaq, təhlükəsizlik olacaq. Amma biz indi ukraynalıların xaricdən gəlməsinin tərəfdarıyıq”, - o vurğulayıb.

QAZİLER.AZ

Diaspora