Amerika hakimiyyəti Ənsar Allah hərəkatının Yəmən husilərinin maliyyə vasitəçisi Səid əl-Camala qarşı yeni sanksiyalar tətbiq edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Janet gəmisinin sahibi olan, Honq-Konqda yerləşən “Lainey Shipping Ltd.” şirkəti də məhdudiyyətlərə məruz qalıb.
ABŞ Maliyyə nazirinin müşaviri Brayan Nelson deyib: “Husilər öz qeyri-qanuni fəaliyyətlərini asanlaşdırmaq üçün geniş dəstək şəbəkələrindən istifadə etməyə davam edirlər”.
O, aydınlaşdırıb ki, üsyançılar yüklərin mənşəyini gizlədir, nəqliyyat sənədlərini saxtalaşdırır və sanksiyalar altında olan gəmilərə xidmət göstərirlər.
QAZİLER.AZ