Rusiya İsrailin Qəzza zolağındakı əməliyyatını dərhal dayandırmağa ehtiyac duyur.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair brifinqdə deyib.
"Biz bu əməliyyatın dərhal dayandırılmasından yana çıxış edirik", - deyən Lavrov dəhşətli humanitar problemlərin təcili həllinin vacibliyinə işarə edib.
Onun sözlərinə görə, daha sonra regionda iki dövlətin - İsrail və Fələstinin yaradılması ilə bağlı məsələlərin həllinə keçmək lazımdır.
QAZİLER.AZ