Baydeni Rusiya ilə bağlı bu işə məcbur edirlər

 Baydeni Rusiya ilə bağlı bu işə  məcbur edirlər backend

ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Amerika silahları ilə təkcə sərhəd bölgələrində deyil, bütün Rusiyaya zərbələr endirməyə icazə verməyə çağırılır.

Bu barədə “RİA Novosti” “Politico”ya istinadən məlumat verib.

Nəşrin məlumatına görə, bu ideya ABŞ Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Maykl Makkol tərəfindən fəal şəkildə dəstəklənir.

Jurnalistlərin bildirdiyinə görə, konqresmen Maykl Makkol Baydeni Ukraynaya Amerika silahlarından Rusiyanın Xarkov vilayəti yaxınlığındakı Rusiya Federasiyası ərazisindən əlavə, Rusiyanın digər hissələrinə zərbələr endirməsinə icazə vermək üçün təşviq edir.

QAZİLER.AZ

Diaspora