Fransa prezidenti Emmanuel Makron istefa vermək niyyətində deyil.
Qaziler.az xəbər verir ki, bu barədə Yelisey Sarayı “X” sosial mediasında bildirib.
“Europe 1” radiostansiyasının Fransa liderinin oxşar planları ilə bağlı xəbərlərinə administrasiya belə cavab verib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun “İntibah” partiyası Avropa Parlamentinə seçkilərdə sarsıdıcı məğlubiyyətlə üzləşib.
QAZİLER.AZ