Axtarış-xilasetmə qrupu Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarəsinin qalıqlarını tapıb.
Qaziler.az bildirir ki, bu haqda “NEWS.ru” AFP-yə istinadla məlumat yayıb.
Təyyarə ölkənin paytaxtı Lilonqve hava limanından havaya qalxdıqdan sonra radarlardan itib.
Xəbərdə deyilir ki, Malavi axtarış sistemləri Çilimanın mindiyi təyyarənin qalıqlarını tapıb.
Malavi hökuməti daha əvvəl Çilimanın təyyarə qəzasında öldüyünü təsdiqləyib. Siyasətçi 9 nəfəri müşayiət edən təyyarədə uçub. Daha sonra ölkə prezidenti Lazarus Çakvera axtarış-xilasetmə əməliyyatına başladığını elan edib. Şərqi Afrika dövlət başçısı da yaranmış vəziyyətlə əlaqədar xarici səfərini ləğv edib.
QAZİLER.AZ