"Rusiya prezidenti Vladimir Putin təhlükəsiz və xüsusi texniki xidmətdən keçən yerli təyyarələrdən istifadə edir".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov İran prezidenti İbrahim Rəisinin helikopter, Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarə qəzasına uğraması nəticəsində həlak olmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Putinə Rusiya Federasiyasının digər vətəndaşlarını daşıyan nəqliyyat kimi lazımi səviyyədə xidmət göstərilir.
“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bunlar çox etibarlı təyyarələrdir”, - Peskov bildirib.
O xatırladıb ki, ciddi şəkildə əməl olunan “çox ciddi standartlar” var.
QAZİLER.AZ