Rusiyada dörd əcnəbi muzdlu əsgər həbs edilib

Rusiyada dörd əcnəbi muzdlu əsgər həbs edilib backend

İstintaq muzdluluqda ittiham olunan dörd əcnəbinin qiyabi həbsi üçün Moskvanın Basmannı məhkəməsinə vəsatət göndərib.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin kartotekasına istinadən xəbər verir. Məhkəmədə başqa məlumat verilmədiyi qeyd edilir.

Materialda qeyd edildiyi kimi, İvaneişvili R., Luadahi K., Elkava T. və Müller M.-in həbsi ilə bağlı sənədlər qeydə alınıb. Onların hamısı silahlı münaqişədə və ya hərbi əməliyyatlarda muzdlu kimi iştirak etməkdə ittiham olunurlar.

Açıq mənbələrdən məlum olub ki, təqsirləndirilən şəxslərdən Rusudan İvaneişvili Ukrayna qoşunları tərəfində Gürcüstan Milli Legionunda snayper kimi xidmət edir. O, beynəlxalq axtarışa verilib.

QAZİLER.AZ

Diaspora