Avstriyalı jurnalist Rusiyadan “qovuldu”

Avstriyalı jurnalist Rusiyadan  “qovuldu” backend

Avstriyanın “ORF” Radio və Televiziyasının Moskva bürosunun jurnalisti Mariya Knips Vittinq Vyananın hərəkətlərinə cavab olaraq akkreditasiyadan məhrum edilib.

Qaziler.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Departamentdən bildirilib ki, media əməkdaşına Rusiya ərazisini tərk etmək əmri verilib.

"Avstriya Radio və Televiziyasının (“ORF”) Moskva bürosunun jurnalisti Mariya Knips Vittinqə qarşı güzgü tədbirləri görülüb. İyunun 10-da ona akkreditasiya sertifikatlarını təhvil vermək və yaxın vaxtlarda Rusiyanı tərk etmək əmri verilib. Rəsmi Vyana rusiyalı jurnalistlərə qarşı ayrı-seçkilik təcrübəsini davam etdirərsə, dərhal müvafiq reaksiya veriləcək”, - bəyanatın mətnində qeyd edilib.

QAZİLER.AZ

Diaspora