Birləşmiş Ştatlar Çinin adaya qarşı əməliyyata başlayacağı təqdirdə Tayvan boğazında “dron cəhənnəmi” yaratmaqla hədələyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo bildirib ki, Çin donanması Tayvandan 100 millik zonanı keçərsə, o zaman minlərlə pilotsuz təyyarə, o cümlədən sualtı təyyarələr Çin ordusunun sürətini bir ay ərzində qarşısını alacaq. Admiralın sözlərinə görə, bu, Tayvana vaxt udmağa imkan verəcək.
QAZİLER.AZ