Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb. Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı.
Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb. O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub