Məşhur şəlalənin suyunun mənbəyi hər kəsi təəccübləndirdi

Məşhur şəlalənin suyunun mənbəyi hər kəsi təəccübləndirdi backend

Məşhur şəlalənin suyunun mənbəyi hər kəsi təəccübləndirib. Çində turistlərin tez-tez ziyarət etdiyi Yuntai şəlaləsindəki suyun əraziyə çəkilən borulardan gəldiyi aydın olub.

QAZİLER.AZ  Publika.az-a istinadla xəbər verir ki, ölkənin şimalındakı Henan əyalətində Yuntai dağının yerləşdiyi təbiət parkındakı şəlalə sosial mediada müzakirələrə səbəb olub.

Müxtəlif platformalarda yayımlanan görüntülərdə 314 metr yüksəklikdəki şəlalənin suyunun əraziyə qoyulan borulardan gəldiyi diqqətə çatdırılıb. Yuntai Təbiət Parkının saytında “Axan Süd Yolu” kimi təsvir edilən şəlalə Çin Mədəniyyət və Turizm Nazirliyinin “AAAAA” reytinqinə malikdir. Bu, nazirliyin istənilən turizm sahəsi üçün verdiyi ən yüksək təsnifatdır.

Təbiət parkının rəhbərliyi quraq mövsümlərdə şəlalədən gələn su axınının kəsilməməsi üçün borularla daşınan su ilə dəstək verildiyini açıqlayıb. Park rəsmiləri bildiriblər ki, mövsümi dəyişikliklərə görə, şəlalə ən yaxşı şəkildə görünməyə bilər. Ona görə də quraq mövsümlərdə kiçik bir təkmilləşdirmə edilib. Səlahiyyətlilər şəlaləyə göstərilən marağa görə təşəkkür ediblər. Qeyd ediblər ki, Yuntai bu yay qonaqları ən mükəmməl və təbii formada qarşılayacaq.

 

 

Diaspora