"Apollo-8"-in astronavtı təyyarə qəzasında öldü

"Apollo-8"-in astronavtı təyyarə qəzasında öldü backend

NASA-nın "Apollo-8" missiyasında yer alan keçmiş astronavt Uilyam Anders təyyarə qəzasında həyatını itirib.

QAZÌLER.AZ. Axar.az-a istinaden xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, Andersə aid köhnə model təyyarə Sitl şəhəri yaxınlığındakı San Juan adaları sahillərində suya düşərək, batıb.

Andersin oğlu Greg Anders 90 yaşlı atasının həyatını itirdiyini təsdiqləyib.

Xatırladaq ki, NASA-nın 1961-ci ildə həyata keçirilən "Apollo-8" missiyası ayın yerdən görünməyən tərəfinə baş tutmuş ilk layihə olub. Ekipaj Aya enmədən orbit ətrafında 10 dəfə fırlanıb, ardınca sağ-salamat Yerə qayıdıb. Andersin bu missiya zamanı çəkdiyi “Yer kürəsi” adlı ikonik fotoşəkil Yerin kosmosdan çəkilmiş ilk fotoşəkli kimi tarixə düşüb.

Diaspora