Fransa hava döyüşü üçün optimallaşdırılmış “Mirage 2000-5” döyüş təyyarələrini Ukraynaya təhvil verəcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, “Newsweek” Fransa təyyarələrini yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələrində xidmətə çıxmalı olan Amerika “F-16”larla ilə müqayisə edib.
"Mirage təyyarəsinin bütün variantları eyni forma və xüsusiyyətlərə malikdir. Onlar quyruqsuz delta qanadı, tək mühərriki, buruna quraşdırılmış çox rejimli radarı və səsdən iti sürəti ilə xarakterizə olunur".
“F-16” “General Dynamics” (indiki “Lockheed Martin”) tərəfindən hazırlanıb və ilk dəfə 1974-cü ildə havaya qalxıb. Mükəmməlliyi ilə tanınan “F-16” 25-dən çox hava qüvvələrinin əsas təyyarəsi olub və daim qabaqcıl texnologiya ilə yenilənir.
“Mirage 2000-5” “Dassault Aviation” tərəfindən hazırlanıb, 1980-ci illərin ortalarında xidmətə verilib. Hava üstünlüyü və yerdən hücum da daxil olmaqla çox rollu missiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş “Mirage” seriyasının təkamülünü təmsil edir. Böyük hündürlükdə yüksək manevr və performans təmin edən delta qanad dizaynına malikdir.
QAZİLER.AZ